DSX-nin hərbçiləri Xəzər dənizində 26 kiloqram marixuana tapıblar

DSX-nin hərbçiləri Xəzər dənizində 26 kiloqram marixuana tapıblar Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Hərbi
14 May , 2024 12:18
DSX-nin hərbçiləri Xəzər dənizində 26 kiloqram marixuana tapıblar

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin hərbi qulluqçuları Xəzər dənizinin Azərbaycana mənsub sularında narkotik vasitə aşkar ediblər.

Bu barədə “Report”a DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Ələt reydində Xəzər dənizinin Azərbaycana mənsub bölməsində sahildən 10.7 mil məsafədə ümumi çəkisi 26 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Son xəbərlər

Orphus sistemi