Dövlət Vergi Xidmətinin əməkdaşlarına pensiya təyinatı qaydası dəyişib

Dövlət Vergi Xidmətinin əməkdaşlarına pensiya təyinatı qaydası dəyişib İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına pensiya təyinatı qaydası dəyişib.
Hərbi
17 Fevral , 2022 11:25
Dövlət Vergi Xidmətinin əməkdaşlarına pensiya təyinatı qaydası dəyişib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına pensiya təyinatı qaydası dəyişib.

"Report"un xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" qərarda dəyişiklik edib.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidməti vəzifəyə təyin olunma günündən rəis və sıravi heyətinə mənsub şəxslərə uzun müddət xidmətə görə pensiya təyin ediləcək.

Son xəbərlər

Orphus sistemi