Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dere Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.
"Report"un xəbərinə görə, bununla bağlı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
M.Dere bu medala Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlıq etdiyinə görə layiq görülüb.