Zaqatalada DSX-nin əsgəri intihar edib, general hadisə yerinə gedib

Zaqatalada DSX-nin əsgəri intihar edib, general hadisə yerinə gedib Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahdan atəş açaraq, intihar edib
Hərbi
8 May , 2021 11:19
Zaqatalada DSX-nin əsgəri intihar edib, general hadisə yerinə gedib

Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahdan atəş açaraq, intihar edib.

Bu barədə “Report”a DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 8-də baş verib. Dərhal DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov həmin hərbi hissəyə ezam olunub.

Hazırda hadisə yerində Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi