"Zəfər" ordeni Babək Səmidlinin ailəsinə təqdim edilib

"Zəfər" ordeni Babək Səmidlinin ailəsinə təqdim edilib Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidlinin ölümündən sonra təltif olunduğu "Zəfər ordeni" medalı onun ailəsinə təqdim edilib.
Hərbi
3 İyul , 2021 15:25
Zəfər ordeni Babək Səmidlinin ailəsinə təqdim edilib

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidlinin ölümündən sonra təltif olunduğu "Zəfər" ordeni onun ailəsinə təqdim edilib.

"Report" xəbər verir ki, təqdimat mərasimində ağsaqqallar, dindarlar, şəhid ailələrinin üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin əməkdaşları, Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak eib.

Mərasimdə şəhidin döyüş yolundan bəhs edilib və "Zəfər" ordeni şəhid polkovnik Babək Səmidlinin övladları Mətləb və Səmidə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi