Azərbaycan Ordusunun zirehli texnikalarının döyüş hazırlığı yoxlanılıb

Azərbaycan Ordusunun zirehli texnikalarının döyüş hazırlığı yoxlanılıb 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. İcra olunan çalışmalarda əsas məqsəd sürücü-mexaniklərin döyüş texnikasını idarə
Hərbi
23 Fevral , 2022 15:44
Azərbaycan Ordusunun zirehli texnikalarının döyüş hazırlığı yoxlanılıb

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

İcra olunan çalışmalarda əsas məqsəd sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərini, eləcə də tuşlayıcı operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, mexanikləşdirilmiş və tank bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir.

Çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi