Bu gün ABŞ və Kanadada “Twitter”in fəaliyyətində fasilə yaranıb.
“Report” “Down Detector”a istinadən xəbər verir ki, istifadəçilərin 57 faizi saytın donduğunu, 28 faizi iPhone və iPad cihazları üçün tətbiqlərlə, 13 faizi də “Android” əməliyyat sisteminə əsaslanan cihazlar üçün təbiqlərlə bağlı çətinliklər olduğunu bildirib.
Başqa ölkələrdə də müəyyən çətinliklər barədə az sayda məlumatlar gəlib.