"Ağalı kənd orta məktəbində ən çox sevdiyim hal məktəbin müxtəlif texnologiyalarla təchiz edilməsidir".
Bunu "Report"a Ağalı kənd orta məktəbində təhsil alan 6-cı sinif şagirdi Rüstəm Quluzadə deyib.
O bildirib ki, riyaziyyat fənnini daha çox sevir və gələcəkdə mühəndis olmaq istəyir. Ona görə də məktəbdə dərslərin texnoloji vasitələrlə keçilməsini öz gələcəyi üçün faydalı hesab edir.
"Hər gün saat 07:40-da himnimizi oxuyur və idman hərəkətlərimizi edirik. Saat 08:00 məktəbin içinə daxil oluruq. Dərs müddəti 6 dərsimiz olan günlərdə saat 13:10-a qədər, 5 dərsimiz olan günlərdə 12:15-ə qədər davam edir", - gələcəyin mühəndisi söyləyib.