“Apple”ın bazar dəyəri ilk dəfə 2 trilyon dolları ötüb

“Apple”ın bazar dəyəri ilk dəfə 2 trilyon dolları ötüb ABŞ-ın texnologiya nəhənginin bir səhminin dəyəri beynəlxalq birjalarda 1,3% artıb.
İKT
20 Avqust , 2020 10:11
 “Apple”ın bazar dəyəri ilk dəfə 2 trilyon dolları ötüb

ABŞ-ın texnologiya nəhəngi “Apple”ın bir səhminin dəyəri çərşənbə günü beynəlxalq birjalarda 1,3% artaraq 468,4 ABŞ  dollara yüksəlib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, beləliklə də bir səhminin dəyəri ilin əvvəlinə görə 57% artan “Apple”ın bazar dəyəri 2 trilyon ABŞ dolları ötüb.

Qeyd edək ki, bu ilin aprel-iyun dövrünü əhatə edən III rübdə şirkətin xalis mənfəəti 11,2 milyard ABŞ dolları (illik müqayisədə 12% çox), gəlirləri 59,6 milyard ABŞ dolları (11% çox), şirkətin hər səhm üzrə qazancı 2,58 ABŞ dolları (18,3% çox) təşkil edib.

Hesabat dövründə “Apple”ın smartfon və planşet satışları da artıb. Belə ki, “iPhone” satışları 1,7% artaraq 26,4 milyard ABŞ dollara, “iPad” satışları isə 31% artaraq 6,6 milyard ABŞ dollara, “Mac” satışları isə 21,6% artaraq 7,1 milyard ABŞ dollara çatıb.

Xatırladaq ki, bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon ABŞ dollara çatan “Apple”, bu ünvanını 2019-cu ilin dekabrında bazar dəyəri 1,7 trilyon ABŞ dollara yüksələn Səudiyyə Ərəbistanın neft nəhəngi “Aramco”ya uduzsa da, bu ilin avqustun əvvəllərində yenidən "dünyanın ən dəyərli şirkəti" olub.

Son xəbərlər

Orphus sistemi