Bu ilin III rübündə ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkəti 64,7 milyard dollar gəlir əldə edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1% çoxdur.
Bununla belə, hesabat dövründə "Apple"in xalis mənfəəti 7% azalaraq 12,7 milyard dollara düşüb.
Rüb ərzində şirkət 26,4 milyard dollarlıq “iPhone” (20,7% az), 6,8 milyard dollarlıq "iPad" (45,9% çox) və 9 milyard dollarlıq “Mac” ((29,2% çox) satıb.