“Aqrar Sığorta" şirkətinin keçmiş sədri "Azercell Telecom"a təyinat alıb

“Aqrar Sığorta" şirkətinin keçmiş sədri "Azercell Telecom"a təyinat alıb “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin keçmiş sədri Azər Kərimov bu gündən “Azercell Telecom" MMC-də işə başlayıb
İKT
1 Mart , 2021 13:59
“Aqrar Sığorta şirkətinin keçmiş sədri Azercell Telecoma təyinat alıb
Azər Kərimov

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin keçmiş sədri Azər Kərimov bu gündən “Azercell Telecom" MMC-də işə başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, o, şirkətin Təchizat zəncirinin idarə edilməsi departamentinin direktoru təyin edilib.

Xatırladaq ki, A.Kərimov "Aqrar Sığorta"dan əvvəl “PAŞA Sığorta” ASC-nin Sığorta iddiaları və hüquqi təminat departamentinin rəisi, “Azərkosmos” ASC-də məxfi işlər üzrə mütəxəssis, “Kaas Telekom” MMC-nin baş direktoru vəzifələrində çalışıb.

Son xəbərlər

Orphus sistemi