Azərbaycan "Linkedin" şirkəti ilə əməkdaşlıq sahələri barədə müzakirələr aparıb
Azərbaycan "Linkedin" şirkəti ilə əməkdaşlıq sahələri barədə müzakirələr aparıbDavos İqtisadi Forumu çərçivəsində Azərbaycan "Linkedin" şirkəti ilə potensial əməkdaşlıq sahələri barədə müzakirələr aparıb.
Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan "Linkedin" şirkəti ilə potensial əməkdaşlıq sahələri barədə müzakirələr aparıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Linkedin" şirkətinin həmtəsisçisi və məhsulun idarə olunması üzrə vitse-prezidenti Allen Blu ilə Davos İqtisadi Forumu çərçivəsində baş tutan görüşümüzdə əmək bazarında və biznes seqmentində inteqrativ həllərin yaratdığı imkanlar, kadr potensialının müəyyən edilməsi istiqamətində sosial platformaların fəaliyyəti və potensial əməkdaşlıq sahələri barədə danışdıq”, – nazir qeyd edib.
"LinkedIn" (@LinkedIn) şirkətinin həmtəsisçisi və məhsulun idarə olunması üzrə vitse-prezidenti Allen Blu ilə Davos İqtisadi Forumu (@wef) çərçivəsində baş tutan görüşümüzdə əmək bazarında və #biznes seqmentində inteqrativ həllərin yaratdığı imkanlar, kadr potensialının müəyyən… pic.twitter.com/nUSHGNsnAp