Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,7 % artaraq 459,3 milyon manata çatıb.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, xidmətlərin 71,2 %-i əhaliyə göstərilib.
Xidmətlərdən əldə edilən gəlirin 37,8 %-i və yaxud 173,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Hazırda Azərbaycanda 4 mobil operator mövcuddur ki, onlardan 3-ü ("Azercell", "Bakcell" və "Azərfon") bütün ölkə, 1-i ("Naxtel") isə yalnız Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərir.