Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin İnnovasiya və İnkişaf Naziri Daniel Lorer ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə səfir məlumat verib.
Onun sözlərinə görə, görüşdə birgə innovasiya layihələri, investisiya imkanları, İKT və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıqla bağlı geniş spektrli məsələlər müzakirə edilib, Azərbaycanla Bolqarıstanın tərəfdaşlıqlarının əhəmiyyəti vurğulanıb.