Azərbaycan və Rumıniya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
"Report" bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurumun rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyaya səfər edib, bu ölkənin Kibertəhlükəsizlik Milli Kiberdirektorluğunun rəhbəri cənab Dan Cimpean və digər rəsmilərlə görüşlər keçirib, gələcək mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib.
Tərəflər CERT komandalarının birgə fəaliyyətinin gücləndirilməsi, kibertəhdidlərlə mübarizə, kibertəhlükəsizlik insidentləri barədə məlumat və təcrübə mübadiləsinin aparılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.