Azərbaycan və Türkmənistan gömrükçüləri rəqəmsallaşdırma sahəsində təcrübə mübadiləsi aparıb

Azərbaycan və Türkmənistan gömrükçüləri rəqəmsallaşdırma sahəsində təcrübə mübadiləsi aparıb Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə Türkmənistan Dövlət Gömrük Xidməti nümayəndələri arasında onlayn fotmatda işgüzar görüş keçirilib.
İKT
2 Aprel , 2022 13:03
Azərbaycan və Türkmənistan gömrükçüləri rəqəmsallaşdırma sahəsində təcrübə mübadiləsi aparıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə Türkmənistan Dövlət Gömrük Xidməti nümayəndələri arasında onlayn formatda işgüzar görüş keçirilib.

“Report” xəbər verir ki, görüşün əsas mövzusu gömrük işinin rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsi olub.

Görüş iki ölkənin gömrük orqanları arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş sayəsində mümkün olub. Həmkarlar dəniz limanlarında elektron gömrük texnologiyalarından istifadə təcrübəsini, həmçinin Azərbaycanda “Bir pəncərə” mexanizminin tətbiqini müzakirə ediblər.

Azərbaycan gömrükçüləri ölkə gömrük sistemində aparılan islahatlar, informasiya texnologiyalarının və elektron xidmətlərin işlərə tətbiqi barədə məlumat veriblər. “Yaşıl dəhliz” və “Elektron pəncərə” layihələri təqdim olunub.

Görüşdə Türkmənistan tərəfdən gömrük nümayəndələri ilə yanaşı, “İxrac-idxal əməliyyatları üçün vahid pəncərə” layihəsinin həyata keçirilməsində iştirak edən nazirlik və idarələrin nümayəndələri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi