Azərbaycana İT mütəxəssislərinin axını gözlənilir

Azərbaycana İT mütəxəssislərinin axını gözlənilir Hazırda Rusiyada yaranmış məlum vəziyyətə görə, İT sektorunda çalışanların, proqramçıların ölkəni tərk etmək təhlükəsi var. Səbəb isə çox sadədir: informasiya texnologiyaları sahəsində dünyaca məşhur olan şirkətlərin Rusiyada çalışmamaq, ora ilə əlaqələri
İKT
4 Mart , 2022 15:53
Azərbaycana İT mütəxəssislərinin axını gözlənilir

Hazırda Rusiyada yaranmış məlum vəziyyətə görə, İT sektorunda çalışanların, proqramçıların ölkəni tərk etmək təhlükəsi var. Səbəb isə çox sadədir: informasiya texnologiyaları sahəsində dünyaca məşhur olan şirkətlərin Rusiyada çalışmamaq, ora ilə əlaqələri kəsmək qərarları. Hazırda hətta “Windows” şirkətinin belə oxşar sanksiyalara qoşulacağı ehtimal olunur.

Bəs belə olan halda Rusiyadan getmək istəyən İT mütəxəssislərini Azərbaycana cəlb etmək mümkündürmü? Bu nə qədər realdır?

“Report”a mövzu ilə bağlı açıqlama verən informasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov bildirib ki, həqiqətən də Rusiyada çalışan İT mütəxəssislərin Azərbaycana gəlmək ehtimalı var. Amma bunun Azərbaycan üçün həm müsbət, həm də mənfi tərəfləri ola bilər:

“Müsbət odur ki, böyük axın olsa, Azərbaycan peşəkar İT mütəxəssislərinə nəhayət, sahib ola biləcək. Bizim İT xidmətlərinin keyfiyyəti arta bilər. Mənfi cəhətləri ondan ibarətdir ki, əgər Rusiyadan kadrların axını olsa, yerli kadrlar rəqabətə dözməyə bilərlər. Bu da yerli kadrların xaricə axınına səbəb ola bilər. Bu isə öz növbəsində bizim milli təhlükəsizliyimizə mənfi təsir edə bilər. Bu dəqiqə bütün informasiyaların saxlanılması İT üzərində qurulub. Dünyada nüfuza sahib olmayan ölkənin mütəxəssislərinin Azarbayacana cəlb olunması təhlükə yarada bilər. Onun üçün burada bəzi məsələləri ciddi şəkildə yoxlamaq lazımdır”.

Ekspert iddia edir ki, Rusiyadan gəlməsi ehtimal olunan mütəxəssislərin maaşları yerli bazara uyğun hesablanacaq:

“Onlar Rusiyada hazırda aldıqları maaşları bir müddət sonra ala bilməyəcəklər. Həmçinin, digər ölkələrə gedə bilməyəcəklər. Çünki Avropa ölkələri sanksiyalara görə Rusiyadan gedən İT və ya başqa sahənin işçilərini qəbul etməyəcək”.

Moskvada yaşayan və çalışan İT mütəxəssisi Andrey Platonov deyir ki, çətinlik olsa da, İT sahəsində işlər gedir:

Andrey Platonov
Andrey Platonov

“Hazırkı vəziyyətə görə, “Amazon” və “Microsoft”dan asılılıq olmasın deyə qabaqlayıcı tədbirlər görərək bu serverləri tərk edirik.

Ümumiyyətlə, burada İT sahəsində çalışanlar yaxşı əmək haqqı alırlar: minimum 3 min ABŞ dolları. Güman olunur ki, valyutalar arasındakı fərqə görə maaşlar artaraq yenidən eyni səviyyəyə çatdırılacaq. Rusiya dövləti bu sahədə çalışanları itirməmək üçün müəyyən güzəştlərə gedir.

Təhlükə isə var. Rusiyada da, Krımdakı kimi, “Microsoft Azure” korporativ seqment bağlana bilər”.

Son xəbərlər

Orphus sistemi