Azərbaycanda dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru müəyyən edilib

Azərbaycanda dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru müəyyən edilib Bu ilin yanvar-mart ayları ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 314 kiberhücum indikatoru (IOC) müəyyən edilib.
İKT
17 Aprel , 2023 12:31
Azərbaycanda dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru müəyyən edilib

Bu ilin yanvar-mart ayları ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 314 kiberhücum indikatoru (IOC) müəyyən edilib.

Bu barədə “Report”a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Bildirilir ki, IOC-ların bloklanması hesabına dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.

Bu kibertəhdidlərin 139-u daxili araşdırma, 175-i isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi