“Azərbaycanda kiberdələduzluqla məşğul olan şəxslərin 27 %-i özünü bank və maliyyə təşkilatının əməkdaşı, 27 %-i tanınmış brendlərin əməkdaşı, 17 % -i mağaza əməkdaşı və 15 % -i isə elan saytındakı satıcı kimi təqdim edir”.
"Report” xəbər verir ki, bu barədə “Kaspersky” şirkətinin Azərbaycanda apardığı araşdırmada qeyd edilib.
“Əlaqə saxlayan dələduzların 34 %-i lotereya və ya müsabiqə uduşunu əldə etmək təklifi, 25 %-i gəlirli investisiya təklifi, 14 %-i asan qazanclı sxemdə iştirak təklifi ilə çıxış edir, zərərçəkənlərin 13 %-i isə şəxsi hesabda şübhəli maliyyə əməliyyatı barədə bildiriş gəlməsini qeyd edib.
Zəng edən dələduzların 36 %-i SMS-dəki kodu və ya kart məlumatlarını öyrənmək, 21 %-i kartdan karta pul köçürmək, 21 %-i istifadəçidın şəxsi və ya ödəniş məlumatlarını almaq, 16 % istifadəçinin linkə keçid etməsini təklif edir”, - araşdırmada deyilir.