"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizliklə bağlı təkliflər hazırlayıb".
"Report" xəbər verir ki, bunu nazir müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.
Onun sözlərinə görə, təkliflərin hazırlanmasının əsas səbəbi "Ağıllı şəhər" və "Ağıllı kənd"lərin yaradılması ilə məlumat bazalarının saxlanılması və qorunmasına dair tələblərlə bağlıdır.