Azərbaycandakı mobil operatorlar 2 ayda 145 milyon manat gəlir əldə edib

Azərbaycandakı mobil operatorlar 2 ayda 145 milyon manat gəlir əldə edib Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % azdır
İKT
17 Mart , 2021 17:00
Azərbaycandakı mobil operatorlar 2 ayda 145 milyon manat gəlir əldə edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı informasiya və rabitə müəssisələri 354,9 milyon manatlıq xidmət göstərib ki, bunun da 75 %-i əhaliyə aid olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % azdır.

2 aylıq gəlirin 79,7 %-i qeyri-dövlət sektorunun payına düşüb, 40,9 %-i və yaxud 145 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi