Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər

Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər “Biz növbəti yerüstü müşahidə peykinin – “AzerSky 2”nin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün bunu dünyada ən aşağı qiymətə edən İlon Maskın (Elon Musk) rəhbərlik etdiyi ABŞ-nin "Space X" şirkətidir”.
İKT
5 Dekabr , 2022 10:20
Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər
Saməddin Əsədov

“Biz növbəti yerüstü müşahidə peykinin – “AzerSky 2”nin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün bunu dünyada ən aşağı qiymətə edən İlon Maskın (Elon Musk) rəhbərlik etdiyi ABŞ-nin "Space X" şirkətidir”.

Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

“Sayca 4-cü olacaq bu peyk 3 ildən sonra orbitə buraxılacaq. Əminəm ki, "Space X" yaxşı qiymət verəcək, çünki bütün dünyada ən aşağı qiyməti o verir. Amma biz indi deyə bilmərik ki, onlarla birlikdə peyki orbitə buraxmağı planlaşdırırıq. Çünki hələ tenderə başlamamışıq. Hələ onlarla kommunikasiya yoxdur və tezdir. Bizim peyk proqramlarını icrası hələ iki il sonra olacaq. “AzerSky 2"-nin təxminən 2025-ci ildə orbitə buraxılması nəzərdə tutulur”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi