Uzun zamandır üzərində işlədiyimiz zərərvericilərin analizi üçün hazırlanmış olan tətbiqin ilkin “beta” test versiyası artıq hazırdır.
“Report” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.
"Tərəfimizdən Microsoft tərəfindən də tətbiqin leqitimliyi üçün sertifikat əldə edilmiş və proqram təminatına inteqrasiya edilib. Hazırda 3 dildə (azərbaycan, ingilis, rus), 1 milyonluq (məhdudlaşdırılmış) zərərverici imza bazası ilə təchiz olunmuş beta versiyaya, şübhəli faylların analizi üçün onların Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin “Malware Lab”ına təqdim olunması və CERT.gov.az informasiya resursunda dərc olunan xəbər və məqalələrin istifadəçilərə xəbərdarlıq kimi göstərilməsi funksiyaları da əlavə olunub.
Test buraxılışının məqsədi real istifadəçilərin bu proqram təminatının müsbət və mənfi tərəflərinin eləcə də funksional imkanlarının dəyərləndirilməsi, həmçinin sisteminin davamlılıq və sair kimi texniki performansının ölçülməsidir. Beta versiyasının istifadəsindən əldə olunacaq məlumatlar, istifadəçi dəyərləndirmələri (feedback) layihənin inkişaf etidirilməsi və gələcəyini proqnozlaşdırmaqda bizə yardımçı olacaq", - məlumatda deyilir.
Qeyd etmək istərdik ki, layihənin pro versiyasında yanaşma beta versiyasından fərqli olaraq “cloud base” hazırlanması nəzərdə tutulub. Belə yanaşma günü gündən artan zərərverici imza bazasının və bir sıra analiz imkanlarının kompüterlərə yüklənməsindən və kompüter performansını azaltmasından qurtulmaq, eyni zamanda analizlərdə bulud əsaslı süni intellektin tətbiqi üçün nəzərdə tutulub", - deyə açıqlamada qeyd edilir.
Proqramın beta versiyasını keçiddən endirə bilərsiniz: