"Azerconnect Group" COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib

"Azerconnect Group" COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib "Azerconnect Group"un Baş direktoru Emil Məsimov COP29 çərçivəsində keçirilən Biznes Forumda dayanıqlı innovasiya mövzusunda panel müzakirəsində iştirak edib. O, iqlim dəyişikliyi fonunda yeni texnologiyalar yolu ilə dayanıqlı gələcəyin qurulması mövzusun
İKT
20 May , 2024 17:45
Azerconnect Group COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib

"Azerconnect Group"un Baş direktoru Emil Məsimov COP29 çərçivəsində keçirilən Biznes Forumda dayanıqlı innovasiya mövzusunda panel müzakirəsində iştirak edib. O, iqlim dəyişikliyi fonunda yeni texnologiyalar yolu ilə dayanıqlı gələcəyin qurulması mövzusunda çıxış edərək "Azerconnect Group"un enerjiyə qənaət, bərpa olunan enerji mənbələrindən istifadə, zərərli tullantıların təkrar emalı və "yaşıl" biznes modeli istiqamətlərində şirkətin uğurlu təcrübəsini və əldə etdiyi nəticələri paylaşıb.

Belə ki, "Azerconnect Group" mobil rabitə şəbəkəsini optimallaşdıraraq enerji istehlakına təxminən 60 % qənaət edir, bu da illik 53 min meqavatlıq yüksək göstərici deməkdir. Bundan başqa, pilot layihə olaraq, "Azerconnect Group"un günəş enerjisi ilə çalışan baza stansiyası da öz dayanıqlılığını isbat edib. Elektron cihazların təkrar istifadəsini stimullaşdırmaq üçün isə Türkiyənin "EasyCep" şirkəti ilə faydalı əməkdaşlıq qurulub.

"Azerconnect Group" BMT-nin dayanıqlı inkişaf hədəflərinə və şirkətin gələcəyə yönəlik inkişaf strategiyasına uyğun olaraq bərpa olunan enerjidən istifadəni genişləndirməyi, "yaşıl" texnologiya innovasiyalarına sərmayə yatırmağı və elektron tullantıların azaldılması üçün təkrar emal səylərini artırmağı hədəfləyir.

"Azerconnect Group" ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir. "Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Son xəbərlər

Orphus sistemi