Bu ilin yanvar-aprel aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 32 ölkəyə 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın may sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 ölkə və 49,7 % (8,4 milyon ABŞ dolları) azdır.
2022-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,7 milyon ABŞ dolları ilə Fransa, 1,5 milyon ABŞ dolları ilə Lüksemburq, 0,9 milyon ABŞ dolları ilə BƏƏ və 0,5 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.