"Azərkosmos"un müvəqqəti rəhbəri nazir müavini oldu

"Azərkosmos"un müvəqqəti rəhbəri nazir müavini oldu Nəqliyyat, Rabitə və Yüksək Texnologiya naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib.
İKT
15 İyun , 2021 09:06
Azərkosmosun müvəqqəti rəhbəri nazir müavini oldu
0 : 00
0 : 00

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Rövşən Mürvət oğlu Rüstəmova həvalə olunub. O, bu təyinata qədər "Azərkosmos” ASC-nin sədr müavini və müvəqqəti rəhbəri vəzifəsində çalışıb, ondan əvvəl isə səhmdar cəmiyyətdə korporativ idarəetmə üzrə müşavir, nazirliyə məxsus "Azərpoçt" biznesin inkişafı şöbəsinin müdir müavini, əməliyyatlar şöbəsinin müdiri olub.

Son xəbərlər

Orphus sistemi