Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") nizamnaməsini və strukturunu təsdiq edib.
“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bundan başqa, qərara əsasən, “Azərkosmos” ASC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 23 dekabr 2010-cu il tarixli qərar ləğv edilib.