“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı artıb

“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı artıb Bu ilin yanvar-sentyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 50 ölkəyə 13,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
İKT
31 Oktyabr , 2024 17:21
“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı artıb

Bu ilin yanvar-sentyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 50 ölkəyə 13,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr buraxılışında bildirilir.

Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 ölkə çox və 0,5 milyon ABŞ dolları (3,5 %) azdır.

Bu ilin 9 ay ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74 %-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk 5-liyində isə 4,4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,9 milyon ABŞ dolları ilə Lüksemburq, 736,6 min ABŞ dolları ilə BƏƏ, 493,9 min ABŞ dolları ilə Türkiyə, 488,1 min ABŞ dolları ilə Rusiya qərarlaşıb.

Təkcə sentyabrda isə “Azərkosmos” 40 ölkəyə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Son xəbərlər

Orphus sistemi