Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Birləşmiş Millətlər Təşkilatının (BMT) 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıb.
Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.
Markanın üzərində 75 rəqəmi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında ucaldılmış “Zorakılığa yox” adlı heykəl formasında təsvir edilib.
Belarusun Bobruysk şəhərində 5 min tirajla çap olunan markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.
Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.