Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərmarka" MMC-nin “Azərpoçt” MMC-yə birləşdirilməsi ilə əlaqədar 2-cinin tərkibində yeni Marka şöbəsi yaradılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərpoçt"dan bildirilib.
Məlumata görə, yeni şöbəyə artıq müdir təyin olunub. Bu, Sitarə Sadıqovadır. O, 2019-cu ildən "Azərmarka"da marketinq və satış şöbəsinin müdiri, daha sonra şirkətin direktor müavini işləyib.
Xatırladaq ki, "Azərmarka”nın bütün hüquq və öhdəliklərinin "Azərpoçt"a ötürülməsində məqsəd nazirliyin strukturuna daxil olan və olmayan qurumların fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunmasıdır.