“Azərpoçt” yeni mobil tətbiqini istifadəyə verib

“Azərpoçt” yeni mobil tətbiqini istifadəyə verib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiniə məxsus “Azərpoçt” MMC kuryer xidməti üzrə mobil tətbiqini istifadəyə verib.
İKT
22 Fevral , 2022 09:58
“Azərpoçt” yeni mobil tətbiqini istifadəyə verib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiniə məxsus “Azərpoçt” MMC kuryer xidməti üzrə mobil tətbiqini istifadəyə verib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlar mobil tətbiq vasitəsilə şəxsi və biznes məqsədli göndərişlərini indi daha rahat şəkildə göndərə bilərlər. Müştərilərə sürətli, keyfiyyətli, eləcə də münasib qiymətə çatdırılma təklif olunur. Bununla yanaşı, istifadəçi təcili və ya adi kuryer xidmətlərindən birini seçməklə göndərişin nə zaman təyinat nöqtəsinə çatmasına özü qərar verir.

“Android” və “iOS” sistemli mobil cihazlar üçün nəzərdə tutulan tətbiqi “Apple Store” və “Play Market”dən yükləmək mümkündür:

“Android”: https://play.google.com/store/apps/details?id=production.azerpoct.customer

“iOS”: https://apps.apple.com/az/app/azerpost/id1592158829

Göndərişlər ölkədə sürətli poçt rabitəsi xidmətləri (Express Mail Service – EMS) göstərən “Azərekspresspoçt” Rabitə Müəssisəsi vasitəsilə çatdırılır.

Kuryer xidməti ilkin mərhələdə yalnız Bakı şəhərində göstərilir, gələcəkdə isə onun bütün ölkəni əhatə etməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi