“AzInTelecom” Yevlaxda Əlçatanlıq Zonasını istifadəyə verib

“AzInTelecom” Yevlaxda Əlçatanlıq Zonasını istifadəyə verib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Yevlax şəhərində Əlçatanlıq Zonasını istifadəyə verib.
İKT
3 İyun , 2022 16:18
“AzInTelecom” Yevlaxda Əlçatanlıq Zonasını istifadəyə verib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Yevlax şəhərində Əlçatanlıq Zonasını istifadəyə verib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Məlumata görə, obyekt Bakıda yerləşən data mərkəzi kimi “Tier III” beynəlxalq uyğunluq, biznesin davamlılığını idarəetmə sistemi üzrə “ISO 22301”, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartı sertifikatlarına malikdir.

Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən Yevlax Əlçatanlıq Zonasının bütün kritik infrastrukturu “1+1” prinsipi ilə inşa edilib. Konteyner tipli infrastruktur alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemləri ilə təchiz edilib. Zonanın mobil tipli layihələndirilməsinin əsas üstünlüyü daşına bilmə xüsusiyyətinə malik olmasıdır. Bu da fövqəladə hallar zamanı məlumatlar saxlanılan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə daha etibarlı əraziyə daşınmasına imkan verir.

Bakı Data Mərkəzinin bütün xidmətləri Yevlax Əlçatanlıq Zonasında da təqdim ediləcək və bizneslərin tələbindən asılı olaraq həm əsas, həm də rezerv data mərkəzi kimi istifadə oluna biləcək.

Son xəbərlər

Orphus sistemi