“AzPost Mobile” tətbiqi istifadəyə verilib

“AzPost Mobile” tətbiqi istifadəyə verilib “Azərpoçt” MMC maliyyə xidmətlərindən faydalanan müştəriləri üçün yeni mobil tətbiq istifadəyə verib.
İKT
5 Sentyabr , 2024 16:06
“AzPost Mobile” tətbiqi istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC maliyyə xidmətlərindən faydalanan müştəriləri üçün yeni mobil tətbiq istifadəyə verib.

"Report" şirkətə istinadən xəbər verr ki, "AzPost Mobile" “Azərpoçt”a məxsus plastik kartlardan faydalanan bütün fiziki şəxslərin istifadəsi üçün nəzərdə tutulub.

Onun vasitəsilə müştəriyə məxsus kartlar haqqında bütün məlumatlar, əməliyyatlar və çıxarışların izlənilməsi mümkündür. Eləcə də “Card to Card” (kartdan karta pulköçürmə) və kartlara limitlərin tətbiq olunması kimi əhəmiyyətli funksiyalar işləkdir. Tətbiq vasitəsilə istifadəçi həmçinin bir sıra ödənişləri (kommunal, büdcə, rabitə, kredit, təhsil, sığorta, internet və s.) icra edə bilər.

Eyni zamanda “AzPost Mobile” tətbiqi ilə “Azərpoçt”a məxsus kartları “Google Pay” və ya “Apple Pay”ə əlavə edən hər bir istifadəçi ödənişlərini təmassız şəkildə həyata keçirə bilər. Müəyyən dövr üzrə xərclərin izlənilməsini özündə əks etdirən “Statistika” bölməsinin aktiv olması da tətbiqin funksionallığını artırır.

“Azərpoçt”un “MasterCard” və “Visa” kartlarına sahib şəxslər bu tətbiqi “AppStore” və ya “Google Play”dən yükləyə bilərlər.

Gələcəkdə bu tətbiqdə poçt məhsulları üzrə məlumatların alınması üçün yeni funksiyaların aktivləşdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi