"Baktelecom": 3 gün əvvəl yaranmış problemin böyük qismi aradan qaldırılıb

"Baktelecom": 3 gün əvvəl yaranmış problemin böyük qismi aradan qaldırılıb Məlumata görə, artıq xidməti dayanan 70% abunəçinin telefon, internet və televiziya xidmətləri bərpa edilib.
İKT
12 İyul , 2021 11:22
Baktelecom: 3 gün əvvəl yaranmış problemin böyük qismi aradan qaldırılıb

İyulun 9-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") "Azeurotel" telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Elektron Avtomat Telefon Stansiyaları üzərindən ötürülən rabitə xidmətlərində yaranmış problemin böyük qismi aradan qaldırılıb.

Bu barədə "Report"a "Baktelecom"dan məlumat verilib.

Məlumata görə, artıq xidməti dayanan 70% abunəçinin telefon, internet və televiziya xidmətləri bərpa edilib. Hazırda rabitə qurğularının işində fasiləyə səbəb olan nasazlığın tam aradan qaldırılması istiqamətində işlər operativ qaydada davam etdirilir. Aparılan təmir-bərpa prosesi zamanı yeniliklər olduqca ictimaiyyətə məlumat təqdim ediləcək.

"Abunəçilərə bu müddət ərzində rabitə xidmətlərində yaranmış fasilələri anlayışla qarşıladıqlarına görə təşəkkür edirik. Gələcəkdə belə halların baş verməməsi və əhalinin dayanıqlı xidmətlərlə təminatı üçün tədbirlərimizi gücləndirəcəyik", - deyə şirkət bəyan edib.

Son xəbərlər

Orphus sistemi