“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası dövriyyəyə buraxılıb

“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası dövriyyəyə buraxılıb “Azərmarka” MMC ötən gün Bakıda keçirilmiş qələbə paradı münasibətilə “Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markasını və Birinci gün zərflərini hazırlayaraq dövriyyəyə buraxıb.
İKT
11 Dekabr , 2020 11:02
“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası dövriyyəyə buraxılıb
0 : 00
0 : 00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərmarka” MMC ötən gün Bakıda keçirilmiş qələbə paradı münasibətilə “Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markasını və Birinci gün zərflərini hazırlayaraq dövriyyəyə buraxıb.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumata görə, layihənin süjeti Azərbaycan-Türkiyə qardaşlığına, 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə həsr olunub.

Markalar 100 min tirajla çap olunub. Həmçinin, 500 ədəd Birinci gün zərfi də hazırlanıb.

Xatırladaq ki, dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zərfləri “Birinci gün” möhürü ilə möhürləyiblər.

Son xəbərlər

Orphus sistemi