Cəlal Qasımov: “Azərbaycanda innovasiya ekosisteminin dəstəklənməsi əsas prioritetlərindəndir"

Cəlal Qasımov: “Azərbaycanda innovasiya ekosisteminin dəstəklənməsi əsas prioritetlərindəndir" Azərbaycanda və regionda innovasiya ekosisteminin dəstəklənməsi “PAŞA Holding”in əsas prioritetlərindən biridir.
İKT
30 Noyabr , 2023 19:17
Cəlal Qasımov: “Azərbaycanda innovasiya ekosisteminin dəstəklənməsi əsas prioritetlərindəndir

Azərbaycanda və regionda innovasiya ekosisteminin dəstəklənməsi “PAŞA Holding”in əsas prioritetlərindən biridir.

“Report” xəbər verir ki, bunu “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bu gün Bakıda keçirilən “Inmerge” İnnovasiya Sammitində deyib.

“Düşünürəm ki, budəfəki sammit bu məqsədə nail olmağa böyük töhfə verəcək. Bunun üçün “PASHA Holding” dövlət qurumları və ictimai təşkilatlarla birlikdə yerli startaplar üçün karyera inkişafı proqramları elan edib, mühəndislik ixtisası üzrə təhsil alan tələbələrə təqaüd verib, onların dünya üzrə mühüm innovasiya tədbirlərində iştirakını təmin edib", - deyə o bildirib.

C.Qasımov vurğulayıb ki, ölkənin ilk vençur fondu və kibertəhlükəsizlik məktəbi də “PASHA Holding”in dəstəyi ilə fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi