Cənubi Koreyada rəqəmsal aktivlərlə əməliyyatlar aparıb vergidən yayınan vətəndaşların kriptovalyutaları müsadirə oluna bilər.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölkənin tənzimləyici orqanları bununla bağlı qanunvericiliyə dəyişiklikləri 3 sentyabr tarixinə kimi parlamentə təqdim edəcək.
Bu ilin mayında hakimiyyət kriptovalyuta ticarətindən gəlirlərin 20 %-lik vergiyə cəlb olunması barədə planı təsdiq edib. Yeni qaydalar 1 oktyabr tarixindən quvvəyə minəcək və rəqəmsal aktivlər vasitəsilə il ərzində 2,5 milyon vondan (2 min ABŞ dolları) çox pul qazananlara aiddir. Gəlirləri həmin məbləğdən aşağı olan vətəndaşlar vergidən azaddır.