Çin ABŞ-a qarşı cavab tədbirləri görəcək

Çin ABŞ-a qarşı cavab tədbirləri görəcək Çin hökuməti ölkənin bir sıra mobil ödəniş sistemlərinə nəzarət edən şəxslərə qarşı ABŞ-ın məhdudlaşdırıcı tədbirlərinə qarşı müvafiq cavab addımlar atacaq.
İKT
6 Yanvar , 2021 14:04
Çin ABŞ-a qarşı cavab tədbirləri görəcək

Çin hökuməti ölkənin bir sıra mobil ödəniş sistemlərinə nəzarət edən şəxslərə qarşı ABŞ-ın məhdudlaşdırıcı tədbirlərinə qarşı müvafiq cavab addımlar atacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq bu gün ənənəvi brifinqi zamanı bildirib.

“ABŞ dövlət səlahiyyətlərindən sui-istifadə edərək əcnəbi müəssisələrə əsassız təzyiqlər göstərir. Sözsüz ki, bu kimi tədbirlər Çin şirkətlərinə təsirsiz ötüşməz, lakin ən çox amerikalı istehlakçılar zərər çəkəcəklər... Biz Birləşmiş Ştatların bərabər hüquq və qarşılıqlı hörmətə söykənməsini tələb edir və sözsüz ki, Çin müəssisələrinin qanuni hüquqlarını qorumaq üçün cavab tədbirləri görəcəyik”, – XİN rəsmisi qeyd edib.

ABŞ-ı həm öz vətəndaşlarının, həm də əcnəbilərin, o cümlədən müttəfiq ölkə nümayəndələrinin telefon danışıqlarını məxfi şəkildə dinləməkdə ittiham edən XİN sözçüsü Çin ödəniş sistemlərinə qarşı Vaşinqtonun ittihamlarını və sanksiyalarını gülünc adlandırıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Çinin 8 mobil ödəmə tətbiqinə nəzarət edən şəxslər ilə əməliyyatları qadağan edərək bu addımı ölkənin milli təhlükəsizliyi üçün potensial təhlükə ilə əsaslandirib. Həmin qadağa “Alipay”, “CamScanner”, “QQ Wallet”, “SHAREit”, “Tencent QQ”, “VMate”, “WeChat Pay” və “WPS Office” tətbiqlərinə şamil edilir.

Son xəbərlər

Orphus sistemi