Ötən gün Çinin şimal-qərbindəki Şanksi əyalətində yerləşən Taiyuan Peyk Buraxılış Mərkəzindən “Ziyuan-3” silsiləsindən olan sayca üçüncü peyk qaldırılaraq orbitə yerləşdirilib.
“Report” “NASA Spaseflight”ə istinadən xəbər verir ki, “Uzun Yürüş 4B” (“Çanq Jenq 4B”) tipli daşıyıcı raket vasitəsilə fəzaya çıxarılan 2,6 kiloluq yeni peyk mülki məqsədlər üçün geoloji xəritəçəkmə işlərini həyata keçirəcək.
İlkin olaraq 4 il ərzində orbitdə 5 günlük dövriyyə müddətilə fəaliyyət göstərəcək yeni peyk Çin Fəza Texnologiyaları Akademiyası / Pekin Fəza Cihazları Sistemləri Mühəndislik İnstitutu (CAST/BİSSE) tərəfindən Torpaq və Ehtiyatlar Nazirliyi üçün hazırlanıb.
Peykdən torpaq ehtiyatlarının qiymətləndirilməsi, təbii fəlakətlərin fəsadlarını azaltmaq, əkinçiliyi dəstəkləmək, su ehtiyatlarının mühafizəsi, şəhərsalma kimi sahələr üçün istifadə olunacaq.
Bütövlükdə 2008-ci ildən həyata keçirilən “Ziyuan-3” proqramı cəmi 4 ədəd peykin çıxarılmasını ehtiva edir.
Sözügedən peyklə birgə həmçinin kiçik “Tiançi-10” rabitə peyki də çıxarılıb.