Dünya üzrə smartfon tədarükü azalır

Dünya üzrə smartfon tədarükü azalır Bu ilin ikinci rübündə smartfon tədarüklərinin həcmi illik hesabla 16 faiz azalıb.
İKT
21 Avqust , 2020 12:46
Dünya üzrə smartfon tədarükü azalır

Bu ilin ikinci rübündə dünya üzrə smartfon tədarükünün həcmi illik hesabla 16 faiz azalıb.

“Report” xəbər verir ki, bunun əsas səbəbi istehsalçı şirkətlərə koronavirus pandemiyasının mənfi təsiridir.

Rüb ərzində tədarük olunan 278 milyon smartfonun 55,8 milyonu, yəni 20 faizi “Huawei” şirkətinin payına düşür. İkinci yerdəki “Samsung” bazara 54,2 milyon smartfon (19,5 faiz) çıxarıb. 37,6 milyon cihaz tədarük edən “Apple”in bazardakı payı 13,5 faizdir.

Son xəbərlər

Orphus sistemi