ETİD: "Bu il Türkiyənin e-ticarətinin həcmi 38 milyard dollara çatacaq"

ETİD: "Bu il Türkiyənin e-ticarətinin həcmi 38 milyard dollara çatacaq" Ötən il Türkiyənin e-ticarətinin həcmi 381,5 milyard türk lirəsinə (26,275 milyard ABŞ dolları) çatıb.
İKT
9 Aprel , 2022 17:23
ETİD: Bu il Türkiyənin e-ticarətinin həcmi 38 milyard dollara çatacaq

Ötən il Türkiyənin e-ticarətinin həcmi 381,5 milyard türk lirəsinə (26,275 milyard ABŞ dolları) çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Elektron Ticarət Operatorları Assosiasiyasının (ETİD) İdarə Heyətinin sədri Emre Ekmekçi deyib.

O bildirib ki, Türkiyənin ötən il e-ticarət fəaliyyəti ilə məşğul olan 484 min 347 müəssisədən 26 min 442-si öz saytlarında, 472 min 604-ü isə bazarlarda satış həyata keçirib: “E-ticarətdəki artım ternpinin istehlakçı tələblərinə uyğun qoyulacaq investisiyalarla, bu il 560 milyard lirəni (37,977 milyard ABŞ dolları) keçəcəyini gözləyirik. Bu il eyni zamanda vergi güzəştləri, dövlət dəstəyi və qlobal platformaların investisiyaları ilə elektron ixracın böyük sürətlə artacağını düşünürük”.

2021-ci ildə sifarişlərin sayı isə əvvəlki ilə nisbətən 46 % artaraq 3 milyard 347 milyon ədədə çatıb.

Elektron ticarətin inkişafı üzrə mühüm meyar olan elektron ticarətin ümumi ticarətə nisbəti 17,7 % təşkil edib. Bu nisbətin ən yüksək olduğu ay 20,4 % ilə e-ticarətdə kampaniya ayı olaraq bilinən noyabr ayı olub.

Müəssisələrin 74 %-i yalnız 1 və 12 %-i 2 bazarda satışa üstünlük verdiyi halda, 6 %-i 3 bazara, 3 %-i isə 4 bazara üstünlük verib.

"2020-ci illə müqayisədə e-ticarət qonaqlama sektorunda 175 %, qida və supermarket sənayesində 162 %, səyahət, daşıma və saxlama sənayesində 113 %, hava yolu sənayesində 98 %, qida sənayesində 78 %, geyim, ayaqqabı və aksesuar sənayesində 26 % artım qeydə alınıb. Onlayn alış-verişə üstünlük verən vilayətlər isə İstanbul, Ankara, İzmir, Kocaeli, Antalya və Bursa olub. Elektron ticarət xərclərinin 86 %-i nağd, 14 %-i isə hissə-hissə (taksit) ödənişlə həyata keçirilib”, - E.Ekmekçi qeyd edib

Son xəbərlər

Orphus sistemi