ABŞ-da istifadəçilər feysbuk sosial şəbəkəsinin işindəki nasazlıqdan şikayət ediblər.
Bu barədə “Report” “Downdetector” portalına istinadən xəbər verir.
İstifadəçilərin 38%-i sosial şəbəkənin işində çətinliklərlə üzləşiblər, istifadəçilərin 32%-i feysbuka daxil olmaqda problemlərin olduğunu qeyd edib, 29% istifadəçi isə xəbər lentinə baxa bilmir.
Portal eyni zamanda Instagramın işində də problemlərin olduğunu bildirib.
İstifadəçilərin 65 %-i xəbər lentinin gec yüklənməsindən, 20 % videoların yüklənməsindəki yubanmalardan şikayətlənirlər. İnstaqram istifadəçilərinin 15 %-i bildirib ki, şəxsi hesablarına daxil ola bilmir.
Nasazlığın səbəbləri hələ məlum deyil.