Amerikanın feysbuk şirkəti daha əvvəl instaqram və feysbuk sosial şəbəkələrinin işində fasilələrə səbəb olan problemləri həll edib.
“Report” xəbər verir ki, bu barədə şirkət özünün
"Son bir neçə saat ərzində sosial şəbəkələrimizə daxil ola bilməmisinizsə üzr istəyirik. Problemi həll etdik, bu həftə səbr etdiyiniz üçün bir daha təşəkkür edirik", - xəbərdə deyilir.
“Downdetector” xidmətinin məlumatına görə, bütün dünyada istifadəçilər instaqram və feysbuk sosial şəbəkələrinin işində fasilələrdən şikayətləniblər.
Dünyanın bir sıra ölkələrində yenidən feysbuk sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
“Report” xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən
Nasazlıqlar barədə ABŞ-dan, Böyük Britaniyadan, Kanadadan, Almaniyadan, İtaliyadan və Rusiyadan olan feysbuk istifadəçiləri bildiriblər.
Şirkət nasazlıqların olduğunu təsdiqləyib. Feysbuk rəhbərliyinin yaydığı açıqlamada hazırda sosial şəbəkənin işindəki nasazlığın aradan qaldırılması istiqamətində işlərin aparıldığı bildirilib.
Qeyd edək ki, oktyabrın 5-də feysbuk (həmçinin vatsap, instaqram) xidmətlərinin indiyə qədərki işində ən ciddi nasazlıqlarından biri yaranıb. Sosial şəbəkələr və messencer 6 saatdan çox işləməyib.
Feysbukun rəhbəri Mark Sukerberq platformanın işindəkı nasazlığa görə üzr istəyib.