Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Fiziki infrastruktur üzrə işçi qrupu növbəti ildə görüləcək işlər və işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsini müzakirə edib.
"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu işçi qrupunun cari ilin yekunlarına dair növbəti onlayn iclası keçirilib.
Məlumata görə, işçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bu il ərzində qrupun fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə qrupun əvvəlki iclasının Protokolundakı qərarların icra vəziyyəti, bu il üçün Fəaliyyət Planında əks olunmuş tədbirlərin icrasının qiymətləndirilməsi və bu qiymətləndirmənin nəticələri haqqında hesabat iclas iştirakçılarının diqqətinə çatdırılıb.