Gürcüstan “Starlink” peyk internetinə çıxış əldə edə bilər

Gürcüstan “Starlink” peyk internetinə çıxış əldə edə bilər “SpaceX” şirkəti Gürcüstanı “Starlink” peyk interneti ilə təmin etməyi planlaşdırır.
İKT
21 İyun , 2022 09:46
Gürcüstan “Starlink” peyk internetinə çıxış əldə edə bilər

“SpaceX” şirkəti Gürcüstanı “Starlink” peyk interneti ilə təmin etməyi planlaşdırır.

“Report”un yerli bürosu xəbər verir ki, bu məsələ şirkət nümayəndələri və Gürcüstanın Kommunikasiyaların Tənzimlənməsi üzrə Milli Komissiyanın üzvü Ekaterina İmedadze arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər Gürcüstanda telekommunikasiya sahəsinin hazırkı vəziyyəti və gələcəyi, həmçinin rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.

İnternetə çıxış üçün qlobal peyk sistemi olan “Starlink” ilk dəfə olaraq Ukraynada müharibə başlayandan aktivləşdirilib. Bu ölkədə “Starlink”in gündəlik aktiv istifadəçilərinin sayı təxminən 150 min nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi