Hakerlər ən çox hansı ölkələrdən hücum edirlər?

Hakerlər ən çox hansı ölkələrdən hücum edirlər? Kibercinayətkarlar ən çox Çin, İran, Şimali Koreya və Rusiyadan hücumlar təşkil edirlər
İKT
25 Noyabr , 2020 16:28
Hakerlər ən çox hansı ölkələrdən hücum edirlər?

Kibercinayətkarlar ən çox Çin, İran, Şimali Koreya və Rusiyadan hücumlar təşkil edirlər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Group-IB” beynəlxalq şirkətinin “Hi Tech Crime Trends 2020” hesabatında deyilir.

“Xüsusi xidmətlərin kiberqarşıdurma xəritəsində ən çox qrup Çində (23), İranda (8), Şimali Koreya və Rusiyada (hər ikisində 4), Hindistanda (3), Pakistan və Qəzza sekorunda (hər ikisində 2) cəmləşib. Antireytinqi hərəsində bir qrup olmaqla Vyetnam, Türkiyə və Cənubi Koreya qapayır”, - sənəddə qeyd olunur.

2019-cu ilin ikinci yarısı - 2020-ci ilin birinci yarısında ən çox hücum edilən bölgə Çin, Şimali Koreya, İran və Pakistandan olan haker qrupların maraq göstərdiyi Asiya-Sakit okean regionu olub: bu bölgədə ümimilikdə 34 kampaniya aparılıb. İkinci sırada əsasən Çin, Pakistan, Rusiya və İrandan olan qrupların maraqlandığı Avropa ölkələri (22 kampaniya) qərarlaşıb.

Analitiklər həmçinin daha əvvəl bilinməyən yeddi APT qrup (hədəf hücumları həyata keçirirlər) aşkar ediblər. Bunlar “Tortoiseshell” (İran), “Poison Carp” (Çin), “Higaisa” (Cənubi Koreya), AVIVORE (Çin), “Nuo Chong Lions” (Səudiyyə Ərəbistanı), eləcə də hələlik hansı ölkəyə mənsubluğu müəyyənləşdirilməyən “Chimera” və “WildPressure” qruplarıdır. Bundan əlavə, son bir neçə il ərzində diqqət çəkməyən altı qrupdan yeni aktivlik müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi