"HUAWEI FreeBuds 6i": Saf səs aləminə bələdçiniz

"HUAWEI FreeBuds 6i": Saf səs aləminə bələdçiniz "Huawei", zərif dizaynı, yenilənmiş ağıllı dinamik kənar səs ləğvi və uzunmüddətli müstəqil iş rejimini birləşdirən yeni TWS-qulaqlıqları (True Wireless Stereo) FreeBuds 6i tanıtdı. Bu icmalda onların xüsusiyyətlərini və imkanlarını daha yaxından nəzərdən
İKT
26 İyul , 2024 14:58
HUAWEI FreeBuds 6i: Saf səs aləminə bələdçiniz

"Huawei", zərif dizaynı, yenilənmiş ağıllı dinamik kənar səs ləğvi və uzunmüddətli müstəqil iş rejimini birləşdirən yeni TWS-qulaqlıqları (True Wireless Stereo) FreeBuds 6i tanıtdı. Bu icmalda onların xüsusiyyətlərini və imkanlarını daha yaxından nəzərdən keçirəcəyik.

Şarj qutusu, daşımağı və istifadəni asanlaşdıran tutqun səthdə və yuvarlaq formadadır. Qutunun ön tərəfində bağlantını və şarj statusunu göstərən LED varkən, Type-C şarj portu qutunun alt qismində yer alır.

TWS-qulaqlıqlar mikrofonlar və idarə etmək üçün nəzərdə tutulmuş sensor panelləri olan saplı yuvarlaq korpusa malikdir. Qulaqlıqların görünüşü markanın adı həkk olunmuş sapları sayəsində önə çıxır və bu da onları yalnız funksional deyil, həm də zərif göstərir. Model üç rəngdədir: ağ, bənövşəyi və qara.

Smartfona qoşulma Bluetooth 5.3 vasitəsilə həyata keçirilir və qulaqlıqların idarə edilməsi sensor panellərindən istifadə etməklə baş verir.

Aşağıdakı əmrlər standart olaraq konfiqurasiya edilib:

  • Basıb saxlama kənar səs azaldılması rejimlərini dəyişdirir.
  • Barmaqla yuxarı və ya aşağı sürüşdürmək səs səviyyəsini tənzimləyir.
  • İki dəfə toxunuş musiqini başladır və ya dayandırır, həmçinin daxil olan zəngi qəbul edir və ya sonlandırır.
  • Üç dəfə toxunuş treki dəyişdirir.

HUAWEI AI Life tətbiqi kənar səs azaldıcı rejimi seçimi, səs effektləri, səs keyfiyyəti və idarəetmə jestləri daxil olmaqla qulaqlıqlarınızı fərdiləşdirmək üçün əlavə seçimlər təqdim edir. Tətbiqdə ayrıca olaraq qulaqcığın qulağınıza oturuşunu yoxlamaq, itirilmiş qulaqlıqları tapmaq və proqram təminatını yeniləmək mümkündür.

HUAWEI FreeBuds 6i, idman edərkən istifadə üçün ideal olan sıx və rahat bir oturuşa malikdir. Smartfonla sabit bağlantı bir neçə metr uzağlığa qədər fasiləsiz musiqi dinləmənizi təmin edir.

Qulaqlıqların səsləndirməsi parlaq və aydın səs üçün 11 mm-lik dörd maqnitli dinamik yayıcılarla dəstəklənir. AI Life tətbiqindəki ekvalayzer rejimləri, istər bas artırma istər vokal vurğusu olsun, səsi fərdi seçimlərə görə uyğunlaşdırmağa imkan verir.

34 istifadə ssenarisi üzərində öyrədilmiş Dynamic Intelligence ANC 3.0 kənar səs ləğvi texnologiyası, xarici gurultunun effektiv şəkildə ləğvini təmin edərək səsi aydın ve müdaxiləsiz edir.

Hər qulaqlıq, aydın səs vermək və zənglər zamanı kənar səsləri minimuma endirmək üçün üç mikrofonla təchiz olunmuşdur. Müstəqil iş rejimi keyssiz 8 saata qədərdir (keys ilə 35 saat) , sürətli şarj isə sizə 10 dəqiqəyə 4 saata qədər dinləmə imkanı verir.

Nəticə olaraq, HUAWEI FreeBuds 6i stil, funksionallıq və səs keyfiyyətinin uğurlu kombinasiyasıdır, bu da onu qulaqlıq istifadəsində mobillik və rahatlığa dəyər verənlər üçün əla seçim edir.

Bu qulaqlıqlar artıq satışdadır və siz onları elektronika mağazalarından əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi