Çinin “Huawei Technologies Co.” telekommunikasiya şirkəti ilk dəfə Cənubi Koreyanın “Samsung Electronics” şirkətini geridə qoyaraq dünyada smartfon satışında birinci yerə çıxıb.
“Report”un məlumatına görə, bu barədə “Canalys” analitik şirkətinin hesabatında deyilir.
“Huawei" belə bir göstəriciyə 2020-ci ilin II rübünün nəticələrinə əsasən nail olub.
Analitiklərin məlumatlarına əsasən, “Huawei” aprel-iyun aylarında 55,8 milyon smartfon satışını həyata keçirib ki, bu da bir il əvvəlki göstəricidən 5% azdır. Həmin dövr ərzində “Samsung”un satışları koronavirus pandemiyası problemi səbəbindən 30% düşüb və 53,5 milyon smartfon təşkil edib.
Son 9 il ərzində smartfon satışlarına görə dünyada gah “Samsung”, gah da ABŞ-ın “Apple” şirkəti liderlik edib.