“Huawei” son 7 ildə ilk dəfə TOP-5-də deyil

“Huawei” son 7 ildə ilk dəfə TOP-5-də deyil Çinin “Huawei” şirkəti son 7 ildə ilk dəfə olaraq daxili bazarda ən iri smartfon tədarükçülərinin ilk 5-liyindən çıxıb.
İKT
29 İyul , 2021 15:58
“Huawei” son 7 ildə ilk dəfə TOP-5-də deyil

Çinin “Huawei” şirkəti son 7 ildə ilk dəfə olaraq daxili bazarda ən iri smartfon tədarükçülərinin ilk 5-liyindən çıxıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, tədarük üzrə lider 18,2 milyon ədədlə "Vivo" olub.

Növbəti yerlərdə "Oppo" (16 milyon) və “Xiaomi” (12,6 milyon) qərarlaşıb. İlk beşliyi “Apple” (7,9 milyon) və “Honor” (6,9 milyon) tamamlayır.

Xatırladaq ki, 2019-cu ilin mayından “Huawei” ABŞ-ın qara siyahısındadır. Nəticədə şirkətin bu ölkədə istehsal edilən hissələrə və texnologiyalara yolu bağlıdır.

Son xəbərlər

Orphus sistemi