“Huawei” yeni smartfonun görüntülərini təqdim edib

“Huawei” yeni smartfonun görüntülərini təqdim edib Gələcəkdə istehsal olunacaq “Huawei Mate X2” bükülən smartfonunun görüntüləri internetdə yerləşdirilib.
İKT
12 Oktyabr , 2020 15:52
“Huawei” yeni smartfonun görüntülərini təqdim edib

Gələcəkdə istehsal olunacaq “Huawei Mate X2” bükülən smartfonun görüntüləri internetdə yerləşdirilib.

“Report” xəbər verir ki, “LetsGoDigital”da yerləşdirilən videoda göstərilir ki, smartfonun iki ekranı olacaq. Əsas ekranı 8 düyüm diaqonallı, 2480 x 2220 mpks təsvirli, cihazın üz tərəfində yerləşən ikinci ekran isə 4,5 düyüm diaqonallıdır.

Həmçinin 5G texnologiyasını dəstəkləyən “Mate X2” 512 Mb-lıq ROM (daimi yaddaş) və 16 Gb-lıq RAM (əməliyyat yaddaşı), dörd kamera ilə təchiz olunub. Yeni smartfonun noyabr ayında təqdim oluna biləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi